24 Oktyabr, 2017, Çərşənbə
15:34
Təşkilatçılar
Sponsorlar
Home > Xəbərlər > Bakı Elm Festivalının direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyevanın çıxışı Dek 12 , 2014 - 09:47
Bakı Elm Festivalının direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyevanın çıxışı

Hörmətli Akif müəllim!
Hörmətli Rəyasət Heyəti!
Hörmətli həmkarlar!

Bildyiniz kimi, 10-11 noyabr tarixində Azərbaycanda ilk dəfə olaraq AMEA-nın təşəbbüsü və təşkilatçılığı, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Azercell Telecom” un sponsorluğu ilə Bakı Elm Festivalı” keçirildi.
Moskva Dövlət Universitetinin Ümumrusiya festivalının rəsmi saytında verilmiş yazını olduğu kimi sizə təqdim edirəm.
10 и 11 ноября проходил один из самых красочных Фестивалей науки.Это было в Баку. Это первый Фестиваль науки в столице Азербайджана. Дата его открытия совпала с всемирным праздником - Днём науки во имя мира и развития.
Фестиваль и концертные программы проходила на 20 пощадках в различных точках столицы Азербайджана. По традиции, все мероприятия без исключения были открытыми для всех. В ходе подготовки к Фестивалю была разработана широкая программа, нацеленная на повышение интереса к науке в Азербайджане. Посетителям показали экспонаты, отражающие открытия отечественных учёных, прочитали интересные лекции,представляли яркие развлекательные научные шоу и организовали экскурсию в музеи. 
Фестиваль науки в Баку был организован приподдержки МГУ и Дирекции Фестиваля науки. 
Hörmətli Rəyasət Heyəti, bu, artıq bizim Azərbaycan Elm Festivalının beynəlxalq aləmə qədəm qoyması və ilk atılmış addımımız deməkdir.
Bakı Elm Festivalının uğurlu keçməsində əməyi olan dövlət qurumlarının qayğısını xüsusilə qeyd etmək istərdim. Təhsil Nazirliyi festivala 10 avtobus təqdim etmişdir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 70 monitorla təmin etmiş və sərginin texniki təchizatını həyata keçirmişdir. 
Bakı şəhər icra Hakimiyyəti 1 ay müddətində Bakının müxtəlif yerlərində - 30 məkanda 10 monitor, 10 bilbord, 10 transporantda Bakı Elm Festivalını reklam vasitəsilə təbliğ etmişdir. Müqayisə üçün demək istərdim ki, əgər Moskvada ilk dəfə 2006-cı ildə Moskva Elm Festivalında 6 min adam iştirak etmişdirsə, Bakı Elm Festivalına 2 gün ərzində 10 mindən çox insan qatılmışdır. Bu festivalda biz sadə vətəndaşların elmə böyük maraq göstərdiklərinin şahidi olduq. 
İlk gündən festivalın strategiyasını düzgün təqdim edərək biz Bakı Elm Festivalını diqqət mərkəzinə çevirə bildik. Festivalın 2 gün ərzində eyni vaxtda 12 məkanda AMEA-nın Mərkəzi Elm Kitabxanası, Geologiya və Geofizika, Fizika, Kimya və Ədəbiyyat İnstitutuları ilə yanaşı Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Milli Aviasiya Akademiyası, Bakı Ali Neft Məktəbi, həmçinin paytaxtın 6 və 132-134 nömrəli orta məktəblərində keçirilməsi Azərbaycan Elmlər Akademiyasının böyük uğurudur. Bununla bərabər, Ədəbiyyat İnstitutunda festival çərçivəsində “Fizika və Lirika” konfransı keçirilmişdir. 
AMEA tarixində ilk dəfə olaraq AMEA-nın marşı yazılmışdır. Marşının sözlərini akademik İsa Həbibbəyli yazmış, musiqisini tanınmış bəstəkarımız Vaqif Gərayzadə bəstələmişdir. Bu bir tarixdir və biz bunu yaşadıq. 
Hörmətli Akif müəllim!
Azərbaycan xalqına bu böyük elm bayramını bəxş etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Məhz Sizin sayənizdə elmin festivalı, elmin qələbəsi baş tutdu. 
İcazə versəniz, buradan hörmətli akademiklərimiz- İbrahim müəllimə, akademik İsa müəllimə, Qərib müəllimə, Dilqəm müəllimə, Rasim müəllimə və Fətəli müəllimə minnətdarlığımı bildirərdim. Festivalın hazırlıq işlərində Gənc Alimlər Şurasının sədri Famin Salmanov və gənc alimlərin də böyük əməkləri olmuşdur. Onlara xüsusi minnətdarlığımı bildirirəm.

Hörmətli Rəyasət Heyəti!
AMEA-nın 30- a yaxın elmi təşkilatı, ali və orta məktəblər 2 gün ərzində müxtəlif tədbirlərdə iştirak etmişlər.
1. 100-ə yaxın elmi məruzələr dinlənilmiş;
2. İnteraktiv sərgi təşkil olunmuşdur;
3. Konsert proqramı hazırlamışlar;
4. Ekskursiyalara - Tarix, Xalçaçılıq, Etnoqrafiya, Dendropark, Planetarium, Anatomiya muzeylərinə tələbələr, sadə vətəndaşlar getmişlər.
5. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən texnoparkda presstur təşkil edilmişdir.
6. Əyləncəli elmi şoular və müsabiqələr keçirilmişdir.
Bütün bu proqramlar dolğun və nizamlı şəkildə yerinə yetirilmişdir. Hətta, Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçiy tərəfindən ezam olunmuş ekspert Vladimir qeyd etdi ki, biz belə geniş formatda festivalı keçirməyə hələ cürət etməmişik. 
Artıq biz Ümumazərbaycan Elm Festivalının keçirilməsi ilə bağlı hazırlıq işləri görürük, müxtəlif təşkilatlarla danışıqlar aparırıq. Gələcək iş planlarımız üzərində işləyirik və düşünürəm ki, AMEA-nın bu təşəbbüsü Azərbaycandan çox-çox uzaqlarda Azərbaycan elminin təbliğ edilməsinə xidmət edəcək. 
Diqqətinizə görə təşəkkürümü bildirirəm.

  • 'Bakı Elm Festivalı 2014' - AMEA prezidenti, akademik Akif Əlizadənin çıxışı
Birinci Bakı Elm Festivalının keçirilməsi, əlbəttə,  böyük əhəmiyyətə malikdir.  Heç şübhə etmirəm ki, onun Azərbaycan elminə, Azərbaycan elmində kadr hazırlığına böyük töhfəsi olacaq. Bakı Elm Festivalının əsas məqsədi Azərbaycan elminin bu günkü nailiyyətlərini ictimaiyyətə tanıtmaqdır. Azərbaycan elmi bu gün yüksək elmi potensiala malikdir və onun çox böyük uğurları, nailiyyətləri vardır. Birinci Bakı Elm Festivalının keçirilməsi şübhəsiz ki, elmimizin gələcək inkişafına dəstək verəcək və Azərbaycan elminə, Milli Elmlər Akademiyasının elmi kadr baxımından bir qədər də uğurlarının artmasına imkan yaradacaq. Mən, bütün Bakı Elm Festivalının bütün təşkilatçıları və iştirakçılarına Azərbaycan elminin inkişafı naminə uğurlar, sağlıq arzu edirəm.