Bu gün AMEA-nın prezidenti, akademik Akif Əlizadə Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniçlə görüşüb. Akif Əlizadə "Bakı Elm Festivalı-2014"də universitetlərin, eləcə də Qafqaz Universitetinin sərgidə aktiv iştirakını yüksək qiymətləndirib.
Festivalın sərgisinə baxış keçirərkən Akif Əlizadənin bəyəndiyi çini mürəkkəblə boyanmış rəsm universitet tələbələri tərəfindən akademikə hədiyyə edilib.