24 Oktyabr, 2017, Çərşənbə
15:35
Təşkilatçılar
Sponsorlar
Home > Xəbərlər > "Bakı Elm Festivalı-2014"ün işçi qrupu üçün Qəbələyə tur təşkil olunub. Noy 17 , 2014 - 11:54
"Bakı Elm Festivalı-2014"ün işçi qrupu üçün Qəbələyə tur təşkil olunub.
"Bakı Elm Festivalı-2014"ün işçi qrupu üçün Azərbaycanın füsunkar təbiətə malik guşələrindən olan Qəbələyə tur təşkil olunub. Tur iştirakçıları 800 il Qafqaz Albaniyasının paytaxtı olan Qəbələdə aparılan arxeoloji tədqiqat və qazıntı işləri ilə tanış olublar. Festivalın direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva başda olmaqla, gənc alim və mütəxəssislər Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonu, bərpa laboratoriyası, arxeoloji fond və arxeoloqların çalışdığı otaqları gəziblər. Eyni zamanda səfər ərzində 2015-ci ildə keçiriləcək festival öncəsi tədbirlər ətrafında müzakirələr aparılıb. Gələnilki festivalın hazırlıqlarına artıq start verilib. 
Hər kəsə uğurlar!

 

  • 'Bakı Elm Festivalı 2014' - AMEA prezidenti, akademik Akif Əlizadənin çıxışı
Birinci Bakı Elm Festivalının keçirilməsi, əlbəttə,  böyük əhəmiyyətə malikdir.  Heç şübhə etmirəm ki, onun Azərbaycan elminə, Azərbaycan elmində kadr hazırlığına böyük töhfəsi olacaq. Bakı Elm Festivalının əsas məqsədi Azərbaycan elminin bu günkü nailiyyətlərini ictimaiyyətə tanıtmaqdır. Azərbaycan elmi bu gün yüksək elmi potensiala malikdir və onun çox böyük uğurları, nailiyyətləri vardır. Birinci Bakı Elm Festivalının keçirilməsi şübhəsiz ki, elmimizin gələcək inkişafına dəstək verəcək və Azərbaycan elminə, Milli Elmlər Akademiyasının elmi kadr baxımından bir qədər də uğurlarının artmasına imkan yaradacaq. Mən, bütün Bakı Elm Festivalının bütün təşkilatçıları və iştirakçılarına Azərbaycan elminin inkişafı naminə uğurlar, sağlıq arzu edirəm.